051 5115123
Səbət boşdur

"Xiaomi" haqqında

       Xiaomi İnc. Çin, Pekin mərkəzli dünyanın ən böyük 4 ağıllı telefon istehsalçısından biridir. Xiaomi, 2010 - cu ildən ağıllı telefonlar, mobil tətbiqlər, dizüstü komputerləri və bir çox elektrik məişət avadanlıqlarını hazırlayır, inkişaf etdirir və satışını təşkil edir. 

     Xiaominin qlobal satış üçün düşünülmüş adı olan "Mi". Mobile İnternet sözlərinin baş hərflərinin alınmasından yaranıb. "Mi"-nin bir digər mənası isə "Mission İmpossible"-dir. Bu isə ona görədir ki, şirkətin ilk qurulduğu illərdə digər markalara meydan oxuması imkansız görünürdü.

       Xiaomi şirkəti - İnternational Data Corporation statistikasına görə 2014 - cü ilin Oktyabr ayında, Samsung və Apple İnc - dən sonra dünyanın üçüncü ən böyük smartfon istehsalçısı oldu. 2014 - cü ildə 60 milyondan çox smartfon satan Xiaomi, İDC - nin məlumatına əsasən 2014 - cü ildə Çinin ən böyük ağıllı telefon satıcısı oldu və Samsung - u geridə buraxdı.

Xiaomi, 2014 - cü ilin Dekabr ayında sərmayəçilərdən 1,1 milyard ABŞ dolları məbləğində sərmayə aldıqdan sonra dünyanın ən qiymətli texnologiya quruluşlarından biri oldu və Xiaomi-nin dəyəri 46 milyard ABŞ dollarını aşdı. Şirkətin qurucusu və CEO-su Forbesin məlumatlarına görə Çinin ən varlı 23-cü şəxsi Lei Jun-dur. Şirkətin böyük bir hissəsi Çin, Malaziya, Sinqapurdan olan 8000-dən artıq işçi çalışır. İndoneziya, Flippin, CAR və Braziliyada işçilərin sayı artmaqdadır. 

"MiBaku" haqqında

            Biz artıq 2011-ci ildən e-ticarət ilə məşğul olan komandaya sahibik. “Xiaomi” məhsullarının populyarlığını nəzərə alaraq, yeni bir onlayn mağaza yaratmağı qərarə aldıq. Bunu etməkdə, məqsədimiz sırf “Mi” şirkətinin istehsalı olan məhsulları sizlərə təqdim etmək və məhsulların əlverişli qiymətlərlə əldə etməyinizi təmin etməkdir. Satdığımız bütün Xiaomi məhsulları tam olaraq orijinaldır. Və satılan hər bir məhsula 12 ay yazılı olaraq zəmanət verilir. Məhsullar Bakıda stokda olduğundan, sizə bir neçə saat ərzində çatdırlır. Şəhər daxili məhsulların çatdırılması tamamilə pulsuz olaraq həyata keçirilir. Ümumiyyətlə - Siz bizim vasitəmizlə Xiaomi-nin istənilən növ məhsulu sifariş edib gətizdirə bilərsiniz. Daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın. 

Kalendar
«  September 2018  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30